Hər foto bir xatirədir.
Bəzən xatirələrə dalmaq üçün foto albomuzu vərəqləyirik, telefonumuzun şəkil qovluqlarını ələk-fələk edirik. Bəzən isə təsadüfən baxdığımız bir foto bizi dərin xatirələrə aparır.
Bu şəkillər dünyasını dəyişən doğmalarımıza aid olduqda isə onun yaratdığı təəssüratlar daha dərin və xüsusi olur. Bəzən onların şəklini bir birimizə göndəririk. Daha sonra başqa bir şəklini göndəririk. Daha sonra başqa bir şəklini… Onların uyuduqları məzarları ziyarət etdikdə isə gördüyümüz tək bir foto bizə kifayət etmir, biz onun həm uşaqlıq, həm cavanlıq, müxtəlif yaşlarda, məkanlarda fotolarını görmət istəyirik.
İndi bu mümkündür…
Səslər çox dogma olur insana, çox…
Hər kəsin özünəməxsus jestləri, hərəkətləri olduğu kimi, həmçinin də həmişə qulağımıza xoş gələn həzin, mülayim səsləri olur... Darıxdığımız insanları fotolarda gördükdə görmək ehtiyacımızı qismən ödəsək də, səslərini eşitmək üçün ehtiyacımız daha çoxalır...
Bəlkə də sizi səslədiyi bir lent yazısını dəfələrlə dinləmisiniz və yaxud hansısa bir xoş gündə çəkdiyiniz videokadr onunla bağlı sizi çox dərin xatirələrə aparır. Həm də unutmayın, onlar üçün darıxan tək siz deyilsiniz... Digər doğmalar, dostlar, onu ziyarətə gələn hər kəs xatirələrini vərəqləmək istəyir...
Hər insanın bir həyat hekayəsi var
Bir insandan qalan yalnız doğum və ölüm tarixləridirmi?! Əsla deyil… Hər kəsin bir həyat hekayəsi var. Elə bir həyat hekayəsi ki, orda uşaqlıq da var, yeniyetməlik də. Orda gənclik də var, cavanlıq da, müdriklik də… Orda təhsil var, orda iş təcrübəsi var. Orda xeyirxahlıqlar, bəlkə də ixtiralar, böyük-böyük təltiflər, mükafatlar da var. Orda sevgi də var, orda alına düşən hər qırışın bir xatirəsi var…
Bəli, hər kəsin bir məzar daşına əsla sıxmayan dolu-dolu, hamıya maraqlı olacaq, hamıya nümunə olacaq bir HEKAYƏSİ var…
Bir xatirə qaldı səndən…
Bir insan ömrü yalnız şəkillərdən, videolardan, həyat hekayəsindən ibarət ola bilərmi? Yenə də, əsla… İnsanın ömür kitabında bir bölmə də var – XATİRƏLƏRDƏ…
“O, ən yaxşı ata idi”, “İlk görüşümüzdən ona bir könüldən - min könülə aşıq olmuşdum”, “Onun mənə etdiyi yaxşılıqları heç vaxt unuda bilmərəm”, “O, ən yaxşı dost nümunəsi idi”, “Bir sözlə onu ifadə etməyə çalışsam böyük hərflərlə VİCDANLI yazaram.”
İfadə edəcəyiniz hər bir xatirə mütləq onu şad edəcək və mütləqdir ki, sənin ürəyində ona deyəcək sözün var.
XİDMƏTLƏRİMİZ
Amalımız dünyasını dəyişən doğmalarınızın ruhunu şad etməyinizə, gələcək nəsillərin onları xatırlamasına vəsilə olmaqdır.
Şəkillərin rəqəmsallaşdırılması
Əgər fotolar sizdə rəqəmsal formatda deyilsə, biz məmnuniyyətlə onların skan olunmasında yardımçınız ola bilərik.
Videoların montaj olunması
Əgər videokadrlar daha uzundursa biz onların Sizə lazım olan hissələrə bölünməsini həyata keçirə bilərik.
Həyat hekayələrinin yazılması
Həyat hekayəsi axıcı olmalıdır. Siz qələmlə yazsaz belə biz bu hekayənin operatorumuz tərəfindən kompyuterdə yazılmasını təmin edə bilərik.
Səsin yazıya çevrilməsi
Siz xatirələrinizi səslə də bizə göndərə bilərsiniz. Əməkdaşlarımız bu səsi yazıya çevirməkdə məmnuniyyətlə yardımçınız olacaq.
NÜMUNƏLƏR
Təqdim etdiyimiz nümunələrdən əldə etməklə abidə daşının görünən bir hissəsinə QR lövhəni birləşdirə bilərsiniz. Həmçinin QR kodu əldə etməklə birbaşa abidə daşlarında həkk etdirmək mümkündür. Həmçinin,
- Hamısı
- Taxta
- Plastik
- Dəmir
TEZ-TEZ SORUŞULANLAR
-
Sizə necə sifariş edə bilərəm?
Saytımızın Sifariş bölməsi, sosial şəbəkə hesablarımız, email ünvanız, votsap nömrəmiz və ofisimizə müraciət etməklə sifarişlərinizi verə bilərsiniz.
-
Sifariş üçün sizə hansı məlumatları verməliyəm?
Şəkillər, videolar, həyat hekayəsi mətni, onun haqqında xatirələr mətni. Siz bu məlumatları elektron poçt ünvanımıza və ya votsap nömrəmizə göndərməklə, eləcə də ofisimizə gəlməklə şəxsən təqdim edə bilərsiniz.
-
Sifarişim mənə necə çatdırılacaq?
Sifarişinizi ofisimizdən və ya kuryer xidmətimizdən istifadə etməklə əldə edə bilərsiniz.
ƏLAQƏ
Ofis
Bakı şəhəri
info@birxatire.az
Telefon
+994 77 755 31 11